Ağstafada dezinfeksiya işləri davam etdirilir
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir.
Belə ki, rayon ərazisində, prospekt və küçələrdə, ödəniş terminallarında, bankomatlarda, avtomobil dayanacaqlarında, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində, ticarət və digər xidmət obyektlərində,bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin rəsmi internet və sosial şəbəkələrdəki səhifələri vasitəsilə bu sahədə mütəmadi maarifləndirmə işləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək, həmçinin rayon sakinlərinin xüsusi karantin rejiminə əməl edilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış operativ qərargah və Ağstafa Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə mütəmadi monitorinq aparılır. Ağstafa Rayon İcra Hakimiyyəti Aparatında operativ qərargahının tərtib etdiyi qrafik əsasında Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun kənd və qəsəbələrinin küçə və prospektləri, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur.