Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada daha bir neçə Vətən müharibəsinin qazisi evlərində ziyarət olunub

27 noyabr 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən müharibəsi iştirakçılarını növbəti dəfə evlərində ziyarət edib. Qazilərimiz və ailə üzvləri ilə geniş söhbətlər aparılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyəti ilə düşmən üzərində mütləq qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərləri keçdikləri şərəfli döyüş yolundan söz açıblar. Müxtəlif bədən xəsarətləri alan qazilərimizin ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər