Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Vətən müharibəsi şəhidlərimizin ailələri ziyarət olunur

27 noyabr 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə növbəti dəfə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin yaxınlarını ziyarət edib. Şəhid ailələrinin qayğıları ilə maraqlanan İcra başçısı bildirib ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də hər birimiz üçün əzizdir və dəyərlidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri daim diqqətdə saxlanılır və onları narahat edən problemlər öz həllini tapır.

 

Keçidlər