Aşağı Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Aşağı Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Mirzəyev Aşağı Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Sabir Nağıyev Ağstafa-Aşağı Kəsəmən avtomobil yolunun əsaslı təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Nəsib Nəsibov yeni salınmış yaşayış məhəlləsinə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
3. Güləbatın Mirzəyeva ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Mirməmməd Şükürov Aşağı Kəsəmən kəndinin içməli su təminatının yaxşılaşdırılması barədə danışdı.
5. Habil Məmmədov əkin sahələrinin suvarılması üçün suvarma suyunun çatışmamazlığından danışdı.
6. Niftalı Tağıyev yeni salınmış yaşayış məhəlləsində yolun təmir edilməsini xahiş etdi.
7. Mətanət Məmmədova Aşağı Kəsəmən kənd tam orta məktəbinin dam örtüyünün təmir edilməsinin vacibliyini qeyd etdi.
8. Vidadi Batıyev 24 ha adlanan ərazini suvarma suyu ilə təmin edən ana arxın təmizlənməsini təklif etdi.
9. Yaşar Alırzayev yeni məhəllədə bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini xahiş etdi.
10. Əli Əliyev tikintisi yarımçıq qalmış kənd mədəniyyət evinin inşasının davam etdirilməsini təklif etdi.
11. İbrahim Məmmədov Ərazidə olan subartezian quyularının işləmə vaxtının artırılmasını xahiş etdi.
12. Teymur Abadov həyətyanı torpaq sahələrindən keçən yüksək gərginlikli 10 kvt-luq elektrik xətlərinin ərazidən kənara çıxarılmasına ehtiyac olduğunu bildirdi.
13. Vahid Yolçuyev kəndin yuxarı hissəsində olan məişət tullantılarının yığılması və daşınmasının təmin edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, əhalinin gediş-gəlişinin rahat təmin edilməsi üçün Ağstafa-Aşağı Kəsəmən avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.