Şriftin ölçüsü :

Saytın rəngi :

Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

05 dekabr 2020 | 11:00

BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.
XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşıması başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsasən, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində könüllülərin ölkə həyatının bütün sahələrindəki fəallığına yüksək qiymət verərək deyib: “Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Ölkəmizdə könüllülük hərəkatının inkişafında Gənclər Fondunun da fəaliyyəti xüsusi qeyd edilməlidir. Qrant müsabiqələri, xüsusi layihə, tədbir və düşərgələr yolu ilə könüllülüyün təşviqi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən il Beynəlxalq Könüllülər Günü ərəfəsində Gənclər Fondu tərəfindən yüzlərlə gəncin və ölkəmizdə ilk dəfə olaraq bütün könüllü hərəkatlarının iştirak etdiyi “Azərbaycan həmrəylik festivalı” keçirilib.
Azərbaycanda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsindən biri də dekabrın 1-də start verilən və ayın 9-dək davam edəcək “Azərbaycan könüllülük həftəsi”dir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Könüllülük həftəsi” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında könüllülərin iştirakı ilə ekoloji, sosial və mədəni tədbirlərin, Könüllülərin 2-ci Respublika Həmrəylik Forumunun, onlar üçün xüsusi konsert-əyləncə proqramının, 300-dən çox könüllünün iştirakı ilə Azərbaycan könüllülərinin həmrəylik düşərgəsinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə ciddi əsas yaradır.

Keçidlər