Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Qırılı və Düzqılşaq kəndlərində Şəhidlərin xatirə bulağı istifadəyə verilib

09 dekabr 2020 | 11:00

Vətən müharibəsində torpaqarımızın azadlığı uğrunda canlarından keçmiş Ağstafa rayonunun Qırılı kəndindən olan şəhidlərimiz İmaməliyev Elvin, Hüseynli Əliheydər, Əmrahov Emin, Abdullayev Elgün, Quluyev Təbriz və Düqışlaq kəndindən olan şəhidimiz Taleh Namazovun  xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə hər iki kənddə Şəhidlər bulağı inşa olunaraq istifadəyə verilib.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri,  şəhidlərimizin doğmaları, kənd ağsaqqaları və ziyalıları işitrak ediblər. Şəhidlərimizin ailə üzvləri öz çıxışlarında dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər