Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan ağstafalı şəhidimizi "Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib

09 dekabr 2020 | 11:00

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Qəhrəmanlarımız sırasında Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan şəhidimiz, baş gizir Yusifli Azər Nazim oğludur. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Keçidlər