Dövlət Proqramı çərçivəsində 360 şagird yerlik Göycəli kənd tam orta məktəbinin açılışı olmuşdur
16 sentyabr 2013-cü il tarixdə 360 şagird yerlik Göycəli kənd tam orta məktəbinin açılışı oldu.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq 15 sentyabr – Bilik Günü və yeni məktəbin açılışı münasibəti ilə müəllim və şagirdləri təbrik etdi. Qeyd olundu ki, cari tədris ilində Dövlət Proqramı çərçivəsində, ən müasir standartlara cavab verən, yüksək keyfiyyətli tədris həyata keçirmək üçün lazım olan bütün şəraitlə təmin edilmiş artıq üçüncü məktəbdirki tikilib istifadəyə verilir. Rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər bundan sonrada ardıcıl olaraq davam etdiriləcəkdir. Məqsəd isə ölkəmizin gələcəyi olan uşaqlarımızı daha da savadlı və bacarıqlı yetişdirməkdən ibarətdir.
Sonra çıxış edən Göycəli kənd tam orta məktəbinin direktoru Brilyant Aşurova, məktəbin təqaüddə olan müəllimi Hüseyn Cavadov, məktəbin adını daşıdığı şəhidin anası Xətayə Həmzəyeva çıxış edərək bu cür möhtəşəm məktəbin tikilib istifadəyə verildiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və şəhid anası Xətayə Həmzəyevə rəmzi qırmızı lenti kəsərək məktəbin açılışını etdilər. Məktəbdə yaradılmış şəraitlə yaxından tanış olundu.