Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində əsir düşmüş Amin Musayev doğma evinə qayıtdı

31 dekabr 2020 | 11:00

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ağstafa şəhər sakini Musayev Amin Alim oğlu doğma evinə qayıdıb. Amin doğma şəhərinin girişində əsil qəhrəman kimi qarşılanıb. Bir neçə gün öncə Azərbaycana qaytarılan aminin ailəsi Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edib: "Aminin anasının, qohumların, ağstafalıların, həmçinin bütün Azərbaycan xalqının adından təşəkkür edirəm. Allah onu var eləsin. O bizim üçün bu gün hər şeyi verdi. O, Azərbaycan xalqının görən gözü, beyni, sərkərdəsidir. Sevincimizin həddi-hüdudu yoxdur. Ali Baş Komandan Amini bizə sağ-salamat qaytardı. Var olsun Prezidentimiz, yaşasın Ali Baş Komandanımız". Amin özü də dövlətimiz tərəfindən ona göstərilən yüksək qayğıya görə minnətdarlığını ifadə edib və Ali Baş Komandanın əmri ilə istənilən an yenidən hərbi sıralarına dönməyə hazır olduğunu bildirib.

Keçidlər