Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Qarabağ qazisi Kənan Lələyevə baş çəkib

05 yanvar 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vətən müharibəsində Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə əsgər yoldaşını döyüş meydanından çıxararkən düşmənin minaatandan atəş açması nəticəsində  qəlpə yarası ilə sol gözünü itirən Lələyev Kənan Məhərrəm oğluna baş çəkib. Qazimiz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Azərbaycan Silahlı Qüvvələrində MAXE kimi vətənə xidmət edən qazimiz keçdiyi şərəfli döyüş yolundan söz açaraq bildirb ki, o, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağımızın düşmən tapdağından azad olunmasında pay sahibi olduğu üçün qürur duyur. Ailənin qayğıları ilə yaxından maraqlanan İcra başçısı qazimizə göstərdiyi sücayətə görə dərin minnətdarlığını bildirib, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqətdən söz açıb.
Kənanın anası Humay xanım bildirib ki, Xocavənd istiqamətində həqiqi hərbi xidmət keçən kiçik oğlu, əsgər Kamran Lələyev də vətən uğrunda gedən döyüşlərdə göstərdiyi sücayətə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Kamran hazırda hərbi xidmətini davam etdirir. Oğulları ilə fəxr etdiklərini bildirən igid qardaşların valideynləri, göstərilən yüksək qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər