Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Hüseyn Arifin yaradıcılıq gecəsi keçirildi

18 sentyabr 2013 | 10:00

17 sentyabr 2013-cü il tarixdə Ağstafa şəhəri “Yazıçılar evi”ndə xalq şairi Hüseyn Arifin yaradıcılıq gecəsi keçirildi.
Gecədə rayonun rəhbər işçiləri, xalq şairinin yaxın qohumları, yazıçılar və şairlər, rayon ziyalıları və ağsaqqalları, incəsənət və mədəniyyət nümayəndələri  iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə Hüseyn Arifin yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə  Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq xalq şairi Hüseyn Arifin Azərbaycanın şer sənətinə verdiyi tövhələrdən və onun vətənpərvərlik ruhunda yazdığı şerlərin gələcək nəsillərin təlim-tərbiyəsində müstəsna əhəmiyyətindən geniş danışdı. Qeyd olundu ki, xalq şairi Hüseyn Arifin yaradıcılığı xalqımız tərəfindən daima yüksək qiymətləndiriləcəkdir.
Sonra tədbirdə çıxış edən xalq şairinin qızı Zöhra Hüseynzadə, şairə Cığatel İsə qızı, şair Bilal Qoca, Saqif Qaratoqrpaq, yazıçı və publisist Firdovsi Heydərli və digər sənət adamları çıxış edərək Hüseyn Arifin həyat və fəaliyyətindən, yaradıcılığından ətraflı danışdılar, sənət adamlarına göstərilən yükəsk diqqət və qayğıya görə, eyni zamanda belə tədbirlərin davamlı keçirildiyinə görə bütün Hüseyn Arif sevərləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Tədbir xalq şairi Hüseyn Arifin şer və sözlərinə bəsdələnmiş mahnılarla davam etdirildi.

Keçidlər