Ağstafada ön cəbhədə fədəkarlıq göstərmiş Vətən müharibəsi iştirakçıları ilə görüşlər davam etdirilir
14 yanvar 2021 | 11:00
Ağstafada işğal edilmiş ərazilərimizin azad olunması uğrunda Vətən müharibəsində fədəkarlıqla iştirak etmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları ziyarət olunur, ailə üzvləri ilə söhbətlər aparılır. Görüşlərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla birlikdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının məsul şəxsləri iştirak edir.