Şriftin ölçüsü :

Saytın rəngi :

Beş ictimai birliyin birləşdiyi "Gənclər Koalisiyası” "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planın”a uyğun ictimai dinləmə keçirdi

18 sentyabr 2013 | 10:00

17 sentyabr 2013-cü il tarixdə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində beş ictimai birliyin birləşdiyi "Gənclər Koalisiyası” QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci  illər üçün Milli Fəaliyyət Planın”da gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını  cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması» layihəsi çərçivəsində Ağstafa rayonunda ictimai dinləmə keçirib.  
Görüşdə çıxış edən layihənin koordinatoru Vüsalə Hüseynli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hazırda iki mühüm Proqram tətbiq olunmaqdadır. Bunlardan biri Açıq hökümətin Təşviqinə dair Milli Dövlər Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır: "Hər iki proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bu günki tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, zamana və maddi xərclərə qənaət etmək, ölkə ictimaiyyətinin bu və ya digər formada şəffaflığın təmin olunması şərti ilə dövlət idarəçiliyində iştirakını təmin etməkdir.”
Qeyd olundu ki,  Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xalqımıza diqqətinin, qayğısının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər iki dövlət proqramının nəticəsi kimi dəyərləndirilə bilər: "Çünki bu agentlik, dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət kateqoriyasının yaranmasında mühim rol oynadı. Bu addım ölkə başçısının Azərbaycan xalqına qayğısının nəticəsi kimi dəyərləndirilə bilər. Bu agentlik vasitəsi ilə regionlarda "ASAN-Xidmət” Mərkəzləri formalaşmağa bağlamışdır ki, bu proses də bütün ölkəboyu davam edəcəkdir.  Vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə olunmasında, elekton xidmətlərdən istifadə etməklə, dövlət qurumları ilə əlaqələrin tənzim olunmasında "ASAN Xidmət” Mərkəzlərinin xidmətlərindən faydalana biləcəklər”.

İctimai dinləmələrdə rayon sakinləri Açıq hökumətin təbliği ilə bağlı proqramın əhəmiyyətini vurğulayaraq, ASAN xidməti Ağstafada da gözlədiklərini qeyd edərək, ASAN-xidmətin yaranmasını ölkə başçısının Azərbaycan xalqına etdiyi hədiyyə kimi qiymətləndiriblər və ölkə başçısıma təşəkkür ediblər.

Keçidlər