Ağstafada 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunub
20 yanvar 2021 | 11:00
Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 31 il ötür. Bu faciənin günahsız qurbanlarının əziz xatirəsi Ağstafa rayon Şəhidlər Xiyabanında ehtiramla yad edilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərimizin doğmaları iştirak ediblər. Şəhidlərimizin əziz xatirsəi bir dəqiqəlik sükütla yad edilib, məzarlarına tər qərənfillər düzülüb və ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!