Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığıi ilə quraşdırılmış mobil kinoteatrda maarifləndirici filmlər nümayiş olundu
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Profi-Az” şirkəti ilə birgə ölkəmizdə ilk dəfə olaraq respublikanın rayon və şəhərlərində sferik mobil kinotetrların quraşdırılması və maarifləndirici filmlərin nümayişi həyata keçirilir. O cümlədən Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış 50 nəfərlik mobil kinotetrda maarifləndirici filmlər nümayiş etdirildi. Tədbir yeddi seans olmaqla 2 gün davam etdi. Yüksək innovativ texnologiyaların tətbiqi əsasında nümayiş etdirilən filmləri gənclər və məktəblilər olduqca böyük həyacanla izlədilər.
Tədbirin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, dünyagörüşlərinin artırılmasından ibarətdir.
Məlumat üçün qeyd edək ki, sferik kinoteatrın mobil sistemi ilk rəqəmsal tamgümbəzli proyeksiya sistemidir. Gələcyin kinosu olan sferik kinonun nümayişi proyektorlar vasitəsi ilə 360 dərəcə baxış bucağı altında aparılır. Bu zaman bir ölçü yaranır və tamaşaçılar okeanın dərinliyinə, müxtəlif planetlərə səyahət edə, kainatın ucsuz-bucaqsız tərəflərinə məcazi mənada uçuşlar edə bilərlər.