Qırılı kəndində daha bir Şəhidlər bulağı inşa olunub
Ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da respublikamızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlərə daha bir yerli sahibkar Məmmədov Telman Səməd oğlu da dəstəyini əsirgəməyib. T.Məmmədov tərəfindən doğma Qırılı kəndində inşa etdirilən Şəhidlər bulağında Milli Qəhrəmanımız Polad Həşimovla yanaşı 1-ci Qarabağ müharibəsində həmin kənddən olan beş şəhidimiz, Abbasov Xəyyat Sovet oğlunun, Abbasov Bəkir Sovet oğlunun, Əliyev Sirac Şöhrət oğlunun, Həsənov Nərman Məhəmməd oğlunun, Rzayev Vüsal Nəsib oğlunun və 2-ci Qarabağ müharibəsində altı şəhidimiz, Quliyev Təbriz İlqar oğlunun, Musayev Rəhman Elxan oğlunun, İmaməliyev Elvin Elsevər oğlunun, Hüseynli Əliheydər Səlahəddin oğlunun, Abdullayev Elgün Əmirxan oğlunun, Əmrahov Emin Əvəz oğlunun xatirələri əbədiləşdirilib. Bulağın açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidlərin yaxınları və yerli ictimaiyyət nümayəndələri iştirak edib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!