AZTV: Ağstafa rayonunda COVİD-19 infeksiyasına qarşı əhalinin peyvəndləmə prosesi davam etdirilir
Yanvarın 18-dən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Peyvəndləmə ilə əlaqədar olaraq Ağstafa Rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsində də peyvənləmə peosesinə başlanılıb. Peyvəndləmə prosesinə ilk növbədə risk qrupuna aid olan şəxslər, səhiyyə işçiləri iştriak edirlər. Sonra isə mərhələli şəkildə digər risk qrupuna aid olan insanlar və yaşı 65-dən yuxarı olan şəxslər peyvənd olunacaqlar. Ağstafa RMX-nin həkimi Həcər Namazova bildirib ki, bu günə kimi davam edən peyvəndləmə prosesində heç bir mənfi təsir qeydə alınmayıb. Bu istiqamətdə əhali arasında maarifləndirmə işləri aparılır. Peyvənd olunacaq şəxlər öncə qeydiyyatdan keçirilir və müayinə otağında səhətləri yoxlanıldıqdan sonra peyvənd olnurlar . Gözləmə otağında yarım saat gözlədikdən sonra yenidən müayinə olunrlar.
Qeyd edək ki, Ağstafa rayonu Mərkəzi Xəstəxanasının 773 nəfər tibb işçisi vardır ki, onlardan bu günə qədər 300-nəfəri peyvənd olunub.