Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - dövlət qulluqçularının peşə bayramı günü Ağstafada qeyd olunub

23 iyun 2024 | 10:33

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, rayonun dövlət qulluğu sahəsində fəaliyyət göstərən məsul şəxslər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun xatirəsini dərin ehtiramla yad ediblər. Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında davam etdirilən tədbiri giriş sözü ilə açan Seymur Orucov dövlət qulluqçularının peşə bayramını təbrik edərək bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müəllifi olduğu 1995-ci ildə qəbul olunan ilk milli Konstitusiya ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edir. 2000-ci ildə qəbul olunan “Dövlət qulluğu haqqında” Qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirdi. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən 23 iyun – ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilməsi də Ulu Öndərin dövlət qulluğu siyasətinin uğurlu davamının parlaq təzahürüdür. Dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, habelə vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir. Tədbirdə fəaliyyətlərində fərqlənən dövlət qulluqçuları Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.

                                                                                   

Keçidlər