Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kəndində səyyar qəbul-görüş

27 sentyabr 2012 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev sentyabrın 26-da rayonumuzun Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Eldəniz Məmmədov yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsinin tezləşdirilməsini xahiş etdi.
2. İbadət Yusifov 1 saylı Dağ Kəsəmən kənd tam orta məktəbinin istilik sistemi ilə təmin edilməsinin vacibliyindən danışdı.
3. Vidadi Yolçuyev “Hacı dərəsi” adlanan sahədə sel sularının qarşısının alınması üçün bəndin tikilməsini təklif etdi.
4. Sahib Kərimov kəndin ərazisindən keçən mərkəzi avtomobil yolunun işıqlandırılmasını xahiş etdi.
5. Aytən Məmmədova gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsinin vacib olduğunu qeyd etdi.
6. Qurban Musayev iş yerlərinin açılması barədə çıxış etdi.
7. Lalə Allahverdiyeva Dağ Kəsəmən kəndinin “Qaçqınlar” məhəlləsinə təbii qaz xəttinin çəkilməsinə baxmayaraq, mənzillərə verilməməsi barədə yığıncaq iştirakçılarına məlumat verdi.
8. Ələsgər Muradov sahibkarlıq obyektinin sənədləşdirilməsində köməklik edilməsini xahiş etdi.
9. Talıb Cəfərov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
10. Qətibə Alıyeva kəndin “Cirdaxanlar” məhəlləsindəki subartezian quyusuna elektrik sayğacının quraşdırılması barədə danışdı.
11. Ülviyyə Kərimova ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
12. İradə Qarayusifova kəndin içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğuladı.
13. Elbrus Mustafayev Dağ Kəsəmən kənd Mədəniyyət evinin əsaslı təmir olunmasını təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
 

Keçidlər