Qarahəsənli kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Qarahəsənli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərov Qarahəsənli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Nurəddin Hüseynov Qarahəsənli kəndinə təbii qazın verilməsinin həyati əhəmiyyətindən danışdı.
2. Şahin Namazov Qarahəsənli kənd icra nümayəndəliyi üçün yeni inzibati idarə binasının inşa edilməsini təklif etdi.
3. Ərkinaz Abdıyeva uşaq baxçasının həyətinə içməli su xəttinin çəkilməsini xahiş etdi.
4. Əmrah Abdıyev aşağı məhəllədə bir ədəd subartezian quyusunun bərpa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
5. Güləndam Məmmədova Qarahəsənli kənd orta məktəbin birnövbəli olması üçün əlavə olaraq 5 sinif otağının tikilməsini təklif etdi.
6. Etibar Muradov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Rəfail Bayramov kəndin çay yolunun təmir edilməsinə ehtiyac olduğunu vurğuladı.
8. Cəmaləddin Həsənov həyətində 200 ədəd ot bağının yandığı üçün köməkdarlıq olunmasını xahiş etdi.
9. Yolçu Nəsibov kəndarası yolların təmir edilməsini xahiş etdi.
10. Şövqi Qarayev kənddə yeni tibb məntəqəsinin inşa edilməsini təklif etdi.
11. Həmzə Rəhimov əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması üçün kənddə elektron tipli ATS-in quraşdırılmasının vacibliyindən danışdı.
12. Fizuli Yusifov Yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.
13. Tariyel İsgəndərov Qarahəsənli kənd icra nümayəndəliyinin ərazisinə metal torun çəkilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün həyati əhəmiyyəti olan Poylu qəsəbə-Düzqışlaq-Qazax avtomobil yolunun yenidən qurulması işləri başa çatmaq üzrədir.. Eyni zamanda rayon mərkəzindən xeyli aralı məsafədə yerləşən Qarahəsənli kəndinə təbii qazın verilməsi təmin edilmişdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.