Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada koronavirusa qarşı peyvəndləmə davam edir

09 fevral 2021 | 11:00

İlkin olaraq Ağstafaya 670 dozada vaksin gətirilmişdir. Əvvəlcə tibb işçilərinin vaksinasiyasına başlanılmışdır. Yanvarın 21-dən başlayaraq peyvəndləmə prosesində 400-ə yaxın tibb işçisinə vaksin vurulmuşdur.

Peyvənd üçün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 6 xüsusi otaq ayrılmışdır. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansı problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılmışdır. Zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmiş həmin otaqlarda gün ərzində 100 nəfərin peyvəndləməsi aparılır. Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək tibb məntəqələrində quraşdırılan soyuducularda saxlanılır.

Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zoya Nəbiyevanın sözlərinə görə, peyvənd vurulan şəxslərə sertifikat verilir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər