Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov COVİD-19-a qarşı əhalinin peyvənd olunmasına dair onlayn iclas keçirib

10 fevral 2021 | 11:00

Ağstafa RİH başçısı Seymur  Orucov ərazi dairə nümayəndələri ilə COVİD-19-a qarşı əhalinin vaksinləşməsinin icra vəziyyətinə dair onlayn iclas keçirib. İcra başçısı qeyd edib ki, sözü gedən infeksiyanın dünyada təhlükə yaratdığı ilk gündən dövlətimiz vətəndaşının sağlamlığını hər şeydən üstün tutaraq mümkün olan bütün zəruri tədbirləri uğurla icra edib. O cümlədən hazırlanmasına uzun zaman sərf olunan, infeksiyaya qalib gəlməkdə müstəsna rola malik ən qabaqcıl vaksinin də ölkəmizə çatdırılmasında dünya ölkələri sırasında ilk pillələrdə qərarlaşdıq.  Bütün bölgələrdə əhalinin peyvənd olunması üçün həm maddi və həm də texniki cəhətdən ən yüksək şərait yardılıb. Bu fürsətdən yararlanmaq istəyən hər bir vətəndaş əlavə vaxt itkisi sərf edərək rayon mərkəzinə gəlmədən, növbə gözləmədən, ən əsası həmin şəxsin arzusuna uyğun tarixdə və saatda  peyvənd olunması üçün təsis olunmuş “randevu.its.gov.az” saytında onlayn şəkildə qeydiyyatdan keçməlidir. Bu çox sadə prosesi vətəndaş şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və şəxsi mobil telefon nömrəsini müvafiq bölməyə əlavə etməklə qeydiyyatdan keçə bilir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin bu xəstəlik əleyhinə təsdiq etdiyi strategiyaya uyğun olaraq vaksinləşmə prosesi hazırda 65 yaşdan yuxarı şəxslərin iştirak etməsi mərhələsindədir. Təbii ki, bu yaş kateqoriyasından peyvənd olunmaq istəyən vətəndaşlarımız qeydiyyatdan keçmək üçün texniki cəhətdən çətinliklərlə üzləşə bilərlər. Odur ki, hər bir İcra nümayəndəsi məsul olduqları inzibati ərazi vahidində həmin sakinlərin qeydiyyatdan keçmələrinin təmin olunmasına bir başa məsuliyyət daşıyırlar.
Onlayn iclasda Seymur Orucov həmçinin bu yöndə əhalinin maarifləndirilməsinə dair də müvafiq tapşırıqlarını verib.

 

Keçidlər