Ağstafa şəhərində növbəti çoxmənzilli yaşayış binalarının sakinləri üçün “Abad həyət” layihəsinin icrasına start verilib
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri davam etdirilir. Bu istiqamətdə aparılan işlər çərçivəsində 2020-ci ildən başlayaraq, RİH tərəfindən Ağstafa şəhərində yerləşən çoxmənzilli yaşayış binaların sakinlərinin mənalı istirahətləri, asudə vaxtlarının səmərəli təşkili və uşaqların əylənməsi üçün “Abad həyət” layihəsinin icrasına başlanılmışdır. Abadlaşdırılıan növbəti həyət, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, 23 və 24 nömrəli 5 mərtəbəli yaşayış binalarının sakinlərinə aiddir. Belə ki, binaların qarşısındakı geniş ərazidə bəzi sakinlər tərəfindən zəbt olunaraq şəxsi istifadələri üçün qanunsuz əsaslarla inşa etdirmiş olduqları (qaraj, anbar və s.) tikililər sökülərək yerində müvafiq abadlıq-quruculuq işlərinin aparılmasına start verilib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra məsul şəxslərlə birlikdə işlərə baxış keçirmiş, aidiyyəti üzrə tapşırıqlarını vermişdir.