Şriftin ölçüsü :

Saytın rəngi :

Köçəsgər kəndinin örüş sahəsində qanunsuz tikili sökülüb

12 fevral 2021 | 11:00

Ağstafa rayonunun Köçəsgər kənd sakini Rəhimov Şamil Allahqulu oğlu özbaşına olaraq kənd bələdiyyəsinin mülkiyyətinə aid, əhalinin ümumi istifadəsində olan örüş torpaq sahəsini zəbt edərək tikinti işlərinə başlamışdır. Bununla əlaqədar olaraq kəndin bir qrupu sakini aidiyyəti üzrə şikayət edərək haqlı narazılıqlarını bildirmişdirlər. Ciddi qanun pozuntusuna yol verən Ş.Rəhimov, Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi, eləcə də Köçəsgər bələdiyyəsinin tikinti işlərinin dayandırılması, torpaq sahəsinin azad edilməsi barədə xəbərdarlıqlarına əhəmiyyət verməyərək öz əməlindən əl çəkməmişdir. Ona görə də  komission qaydada həmin tikinti tamamilə sökülmüş və ərazi əvvəlki kimi təyinatı üzrə sakinlərin ümumi istifadəsinə verilmişdir.

Keçidlər