Seymur Orucov AZTV-nin Qərb bölgəsi üzrə nümayəndəsini Fəxri Fərmanla təltif edib
Ağstafa RİH başçısı Seymur Orucov Azərbaycan Televiziyasının 65 illiyi münaisəbitilə Qərb bölgəsinin, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonları üzrə nümayəndəsi Nəbiyev Alməmməd Hacı oğlunu Fəxri Fərmanla təltif edib. İcra başçısı, A.Nəbiyevlə görüşdə Ağstafa rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatını, eləcə də 44 gün davam edən və şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsi dövründə rayonun düşmənlə srəhəddə yerləşən kəndlərindəki ümumi vəziyyəti mütəmadi olaraq ölkənin bir nömrəli televiziyası vasitəsi ilə geniş auditoriyanın diqqətinə çatdırdığına görə təşəkkür edib. Müharibə iştirakçılarının, şəhidlərimizin, qazilərimizin haqqında çoxsaylı hazırladığı reportajlara görə xüsusi minnətdarlığını ifadə edib. Seymur Orucov reportyora bu məsuliyyətli və şərəfli fəaliyyətində daha böyük müvəffəqiyyətlər arzu edib.
AZTV-nin əməkdaşı öz növbəsində televiziya və bu sahənin bütün əməkdaşlarına göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.