Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

24 fevral 2021 | 11:00

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq karantin rejiminin tələbləri nəzərə alınmaqla Ağstafa rayonunun idarə və təşkilatlarında Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirilir. Bu gün Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirə partiyanın ağstafalı fəalları və könüllü gəncləri qatılıblar.  İştirakçılar öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günlük şanlı Qələbəmizlə nəticələnən Vətən müharibəsi ilə həmçinin, 1991-ci ilin 26 fevralında Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu zamanı amansızlıqla qətlə yetirilmiş  613 nəfər soydaşımızın da qisası alınmış oldu.  İstənilən halda Xocalı soyqırımını, eləcə də xalqımıza qarşı törədilən digər haqsızlıqları və vəhşilikləri heç bir zaman unutmayacağıq.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər