Seymur Orucovun iştirakı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirib. Tədbirdə rayonun bir sıra məsul şəxsləri və fəal gəncləri iştirak ediblər. Öncə soyqırım qurbanlarının xatirsəi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İcra başçısı qeyd edib ki, Erməni təcavüzkarlarının 29 il bundan öncə, 26 fevral 1992-ci il tarixində xalqımıza qarşı törətdikləri növbəti təcavüz zamanı Xocalıda 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər günahsız insan qətlə yetrilirb. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımıza qarşı törədilmiş cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı bütün zəruri addımlar atılır. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri misilsizdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Çıxış edən digər tədbir iştirakçıları da tarix boyu mənfur düşmənlərimiz tərəfindən xalqımıza qarşı törədilmiş vəhşilikləri pisləyib və bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən geniş bəhs ediblər.