Xocalı faciəsinə həsr olunmuş inşa müsabiqəsinin qalibləri müəyyən olunub
Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Xocalı Soyqırımının 29-cu il dönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlər çərçivəsində Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinə yekun vurulub. Təhsil şöbəsinin akt zalında müsabiqədə yüksək yerləri tutmuş şagirdlər müvafiq diplom və hədiyyələrlə təltif olunublar.
Belə ki, 5-7-ci siniflər üzrə 1-ci yerə Qırılı kənd tam orta məktəbin şagirdi Əmrahova Zərda Emin qızı, 2-ci yerə Sadıqlı kənd tam orta məktəbin şagirdi Hacıyeva Xəzəngül Ramil qızı, 3-cü yerə Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin şagirdi Budaqova Rəna Kamil qızı, 8-9-cu siniflər üzrə isə 1-ci yerə Sadıqlı kənd tam orta məktəbin şagirdi Nəsibli Fidan Samir qızı, 2-ci yerə Böyük Kəsik kənd tam orta məktəbin şagirdi Balıyeva Cəmilə Araz qızı, 3-cü yerə Zəlimxan kənd tam orta məktəbin şagirdi Mamayeva Lalə Rövşən qızı layiq görülüblər.