Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı COVİD-19 infeksiyasına qarşı əhalinin peyvəndləmə prosesinin gedişatı ilə maraqlanıb
03 mart 2021 | 11:00
Yanvarın 18-dən Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına qarşı əhalinin peyvəndləmə prosesinə start verilib. Ağstafada sözügedən infeksiyaya qarşı əhalinin vaksinasiyası Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsində həyata keçirilir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə prosesin gedişatı ilə yerində tanış olub. Peyvənd olunmaq istəyən vətəndaşlar üçün ayrılmış müayinə, gözləmə və peyvənd olunma otaqlarındakı şəraitə baxış keçirib, müafiq tövsiyələrini verib.