Ağstafada COVİD-19 infeksiyası ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili diqqətdə saxlanılır
Ağstafa rayonunda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti Nazirlər Kabinetinin təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə riayət edilməklə davam etdirilir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxslərilə birlikdə Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasında təlim-tərbiyə prosesinin təşkilini nəzərdən keçirib, mövcud şəraitlə yaxından tanış olub. İcra başçısı bildirb ki, müəssisədə geniş təmizlik və dezinfeksiya işləri davam etdirilməlidir, işçi heyətinin koronavirus testindən keçirilməsi və digər tələblərin icrası təmin olunmalıdır. Rayon İcra Hakimiyyəti tərəfindən aparılan monitorinqlər zamanı karantin rejimi ilə əlaqədar hər hansı qayda pozuntusu aşkar olunarsa qanunamüvafiq qaydada ciddi tədbir görüləcəkdir.