Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçririlib
Bu gün Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati və texniki vəzifə tutan xanım əməkdaşlarının iştirakı ilə qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçririlib. Tədbiri giriş sözü ilə açan başçının birinci müavini Müşfiq Hüseynov qeyd edib ki, ölkəmizdə dövlət - qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı, cəmiyyətin bütün sahələrində qadınlara xüsusi önəm verildi. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın gender siyasətinin gücləndirilməsi və cəmiyyətimizdə qadınların rolunun yüksəldilməsində əməyi misilsizdir. Başçının müavini- Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev, rayonun baş memarı Sənan Mustafayev də təbirklərə qoşularaq dövlətimiz tərəfindən qadınlara göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıblar. Qaratel Əmralıyeva, Şanel İsmayılzadə və Zenfira Abdıyeva çıxış edərək Azərbaycan qadınına hər zaman verilən yüksək qiymət üçün ağstafalı xanımlar adından ölkə rəhbərliyinə xüsusi minnətdarlıqlarını ifadə ediblər.
Sonda xanımlara gül və hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.