Soyuqbulaq qəsəbəsində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Soyuqbulaq qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir Ömərov Köçvəlili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qeyd edildi ki, Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Köçvəlili kəndini və Soyuqbulaq qəsəbəsini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Leyla Alıyeva iri buynuzlu mal-qarada olan xəstəliklərin qarşısının alınması üçün köməklik edilməsini xahiş etdi.
2. Rəfailə Hacıyeva Köçvəlili kəndində yeni körpələr evi uşaq bağçasının inşa edilməsini təklif etdi.
3. Məhəmməd Muradov Köçvəlili-Qarayazı avtomobil yolunun təmirə ehtiyacı olduğunu qeyd etdi.
4. Həmid Omarov kəndə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.
5. Pünhan Nəsibova ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
6. Fazilə Abdullayeva mərkəzi avtomobil yolundan Soyuqbulaq qəsəbə tam orta məktəbinə qədər olan yola asfalt örtüyünün salınması barədə danışdı.
7. Məhəmməd Musayev suvarma ana arxlarının təmizlənməsinə ehtiyac olduğunu vurğuladı.
8. Naqif Osmanov kəndin dəmyə adlanan ərazisində pay torpaqlarına getmək üçün iki ədəd kecid körpüsünün salınmasını xahiş etdi.
9. Rafiq Alıyev Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun tikintisinin sürətləndirilməsinin vacibliyindən danışdı.
10. Mahir Tomayev kəndarası yolların təmirə ehtiyac olduğunu bildirdi.
.11. İlqar İsayev ərazidə olan bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsindən danışdı.
12. Nəzakət Osmanova kəndin ətrafandakı məişət tullantılarının yiğilaraq daşınmasının təmin edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil yaşayış məntəqələri üçün həyati əhəmiyyət kəsb edən Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulurması işləri sürətlə aparılır. Soyuqbulaq qəsəbəsində müasir tipli 220 şagird yerlik tam orta məktəbi tikilərək istifadəyə verilmişdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.