Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafdada Bədən Tərbiyəsi və İdman Günü Vətən müharibəsində qazi olmuş idmançıların iştirakı ilə qeyd olunub

05 mart 2021 | 11:00

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” kimi qeyd olunur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasında Böyük Qələbəmizlə tarixə keçən Vətən müharibəsində igidlik göstərmiş ağstafalı idmançı qazilərin iştirakı ilə tədbir təşkil olunub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Gəcnlər və İdman İdarəsinin məsul şəxsləri ilə birlikdə idman ictimaiyyətinin nümayəndələri də iştirak edib. Çıxış edənlər ölkəmizdə bədən tərbiyəsinə və idmana, eləcə də torpaqlarımızın işğaldan azad olunması uğrunda sücayət göstərmiş qazilərimizə göstərilən yüksək dövlət qayğısından geniş söz açıblar.
İdmançılara Ağstafa Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.

Keçidlər