Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Ağstafada Vətən müharibəsi şəhidlərimizin ailələri ziyarət olunub

08 mart 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalaq Qadınlar Günündə Vətən müharibəsi şəhidlərimizin anaları və xanımlarına xüsusi diqqət göstərilib. Rayonun bir qrup məsul şəxsləri, könüllü gənclərlə birlikdə ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş oğullarımızın əzizlərinə hədiyyələr təqdim ediblər.
Ziyarətçilər qeyd ediblər ki, bütün şəhidlərimizin ailə üzvləri hər birimiz üçün əzizdir, onlara diqqət göstərmək hər bir kəsin vətəndaşlıq borcudur. Şəhid ailələrinə yüksək diqqət və qayğının göstərilməsi dövlətimizin həyata keçirdiyi siyasəti ən mühüm istiqamətlərindəndir.

Keçidlər