Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun Gürcüstan respublikası ilə sərhəddə yerləşən Ağgöl kəndinə yüksək sürətli internet çəkilir

18 mart 2021 | 11:00

Ölkəmizin istənilən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin gündəlik kommunal-məişət şəraitinin yaxşılaşdırılması məsələsi dövlətimizin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Pandemiya dövrü isə insanların harada yaşamasından asılı olmayaraq internetdən istifadə etmək imkanlarını xüsusi zərurətə çevirmişdir. Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Ağstafada da bu sitiqamətdə əməli tədbirlər icra olunur. Belə ki, rayonun ən ucqar kəndlərindən olan Ağgöldə “Azeronline LTD” Birgə Müəssisəsi tərəfindən yüksək sürətli internet bağlantısı üzrə şəbəkənin qurulmasına başlanıb. Bu layihə yerli əhalinin müasir GPON  (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu Passiv Optik Şəbəkə)  texnologiyası vasitəsilə internetə çıxışını təmin edəcək. Ağstafa rayonunun digər kəndlərində və rayon mərkəzində də yüksək sürətli internet şəbəkəsinin qurulması üzərində işlər sürətlə davam etdirilir.
Qeyd edək ki, Azərbaycanın ilk internet provayderlərindən biri olan “Azeronline LTD” Birgə Müəssisəsi 1999-cu ilin dekabr ayının 29-da “Azercell Telekom” şirkəti tərəfindən təsis edilib. Hazırda ölkənin innovativ və qabaqcıl internet provayderlərindən biri hesab edilən “Azeronline LTD” artıq bir neçə ildir regionlarda yüksək sürətli internetin təmin edilməsi və inkişafı proqramı çərçivəsində müxtəlif layihələri uğurla reallaşdırıb.

Keçidlər