Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
03 oktyabr 2013-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında Şuranın geniş tərkibdə iclası keçirildi.
Şuranın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Rayon ərazisində təhsil müəssisələrinin işinə ümumi rəhbərliyin həyata keçirilməsi, orta məktəblərdə təlim-tədris prosesinin və dərsə davamiyyətin nəzarətdə saxlanılması, məktəbdənkənar müəssisələrdə şagirdlərin intellektual potensialının və yaradıcılıq qabiliyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi
2. Rayon əhalisinin enerji daşıyıcıları və su ilə fasiləsiz təminatı, onların haqlarının ödənilməsi məqsədi ilə rayon İHB yanında fəaliyyət göstərən qərargahın işinin istiqamətləndirilməsi, vəziyyətin təhlili və müvafiq tədbirlərin görülməsi barədə
3. Sənədlərlə işə dair təlimatın tələblərinə əməl olunması və vətəndaş müraciətlərinə baxılması sahəsində Dağ Kəsəmən, Sadıqlı, Saloğlu, Qıraq Kəsəmən və Xətai kənd inzibati ərazi nümayəndəliklərinin fəaliyyəti haqqında
4. Rayonda ictimai asayişin mühafizəsi, ictimai-siyasi sabitliyin, vətəndaşların təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin olunması, kriminogen durumun nəzarətdə saxlanılması, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin və onların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquq-mühafizə orqanlarının işi haqqında
Şura iclasına sədrlik edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev gündəliyə daxil edilən məsələlər barədə ümumi məlumat verdi. Həmçinin rayonun sosial-iqtisadi inkişafı, təhsil sahəsi və Dövlət Proqramı çərçivəsində həyata keçirilən və keçiriləcək sosial infrastruktur layihələr haqqında geniş danışdı.
Şura iclasında rayon İcra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, rayonun baş memarı Sənan Mustafayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov və rayon İcra hakimiyyəti başçısı aparatı Hüquq şöbəsinin müdiri Şəfaqət Qocayevə gündəlikdə duran məsələlər barədə geniş məruzələrlə çıxış etdilər.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev məsələlər ətrafında aparılan müzakirələr zamanı ortaya çıxan nöqsanlara görə öz iradlarını bildirdi və problemlərin aradan qaldırılması istiqamətində müvafiq təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi
Şura iclası işgüzar şəraitdə keçdi.