Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Gürcüstanla sərhəddə yerləşən Sadıqlı kəndinin sosial infrastrukturu diqqət mərkəzindədir

01 aprel 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Gürcüstanla sərhəddə  yerləşən Sadıqlı kəndində olub. Orada ən müasir tələblərə uyğun inşa olunan iki mərtəbəli, 360 şagird yerlik tam orta məktəbin tikinti işlərinə baxış keçirilib. Kənddə mövcud şərait və əhalini narahat edən məsələlər yerində öyrənilib.
İcra başçısı ilə görüşdə ucqar coğrafi mövqedə yerləşən kəndin sakinləri, onlara göstərilən yüksək qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər