Şriftin ölçüsü :

Saytın rəngi :

Saloğlu qəsəbəsində şəhidlərimizn xatirəsinə tikilən abidə-bulaq kompleksinin açılışı olub.

12 aprel 2021 | 11:00

Ağstafa rayonunda daha bir “Şəhidlər bulağı” kompleksi Saloğlu qəsəbəsində inşa olunub. Abidə-bulaq kompleksində Saloğlu qəsəbəsindən olan birinci Qarabağ müharibəsi şəhidlərimiz Namazov Əhməd Asim oğlu,  Məmmədov Faiq Mopir oğlu, Xəlilov Elşən Alı oğlunun və Vətən müharibəsi şəhidlərimiz Məmmədov Rüfət Vidadi oğlu, Süleymanov Elxan Oruc oğlunun xatirələri əbədiləşdirilib.
Bulağın istifadəyə verilməsi mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidlərimizin doğmaları və döyüş yoldaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirə lövhələri önünə əklil və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyirik!

 

Keçidlər