Ağstafa RİH başçısı aparatında Operativ Qərargahın növbəti iclası keçirilib.
13 aprel 2021 | 11:00
Ağstafada koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın növbəti iclası keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sədrliyi ilə keçirilən iclasda əhalinin COVİD-19 infeksiyasına qarşı peyvənd olunması və ümumilikdə həyata keçirilən profilaktik tədbirlərin icra vəziyyəti müzakirə olunub. Əhali arasında maarifləndirmə işlərinin genişlənidirilməsi, sakinlərin sıx toplaşdığı yerlərdə, o cümlədən ticarət, ictimai-iaşə və xidmət obyektlərində tələb olunan gigiyena qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.