Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olundu

06 oktyabr 2013 | 10:00

 

5 oktyabr 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü qeyd olundu.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə bütün Azərbaycan müəllimlərini bu münasibətlə təbrik etdi. Qeyd olundu ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan müəlliminə olan hörmət və sevgisi, ölkə təhsilinə göstərdiyi yüksək diqqət və qayğısı bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Müəllimlərin əmək haqları artırılır, ən yüksək standartlara cavab verən yeni məktəb binalarının tikintisi, əsaslı təmiri, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər sürətlə davam etdirilir.
Sonra cənab Məhərrəm Quliyev müəllimlik fəaliyyətlərində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin “Tərəqqi” medalı ilə təltif olunmuş  Ağstafa şəhər 2 saylı tam orta məktəbin biologiya müəllimi Əfəndiyeva Yeganə Cavanşir qızı,   tarix müəllimi Rəhimova Afaq Vüqar qızı, coğrafiya müəllimi Musayev Əhəd Məhəd oğlu, Yusifov Yusif İsmayıl oğlu və tarix müəllimi Qurbanov Dilavər İsgəndər oğlunu Ağstafa rayonu İcra hakimiyyətinin “Fəxri Fərman”ları ilə təltif etdi, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzuladı.
Daha sonra çıxış edənlər Ağstafa Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev, əməkdar müəllim Sakit İsmayılov, qocaman müəllim Südabə Mahmudova və digərləri bütün Ağstafa müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Tədbir çay süfrəsi arxasında rayonun mədəniyyət və incəsənət nümayəndlərinin təqdim etdiyi konsert proqramı ilə davam etdi.

Keçidlər