Ağstafa RİH-in Vətən müharibəsi iştirakçısı olan əməkdaşı yüksək vəzifəyə təyin olunub.
15 aprel 2021 | 11:00
Ağstafa RİH başçısı Seymur Orucov Qədiməliyev Ariz Raquf oğlunu aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edib.
A.Qədiməliyev 2017-ci ilin fevral ayından Ağstafa RİH başçısı aparatının baş mütəxəssis- komendant vəzifəsində işləyib. 44 günlük Vətən müharibəsinin ilk günündən ehtiyatda olan zabit kimi ordu sıralarına qatılıb. Kəlbəcər və Şuşanın azad olunması uğrunda gedən hərbi əməliyyatların iştirakçısı olub.
Ona, bu məsuliyyətli və şərəfli vəzifəsinin icrasında böyük müvəfəqiyyətlər arzu edirik.