Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz Orxan Babayevin xatirəsinə “Şəhidlər bulağı” inşa olunub

20 aprel 2021 | 11:00

Ağstafa rayonunun Qarahəsənli kəndindən olan Vətən müharibəsi şəhidimiz Babayev Orxan Sarvan oğlunun xatirəsinə inşa olunan “Şəhidlər bulağı”ı istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin valideynləri və yaxın qohumları iştirak edib. Şəhidin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Orxan Babayev 17 aprel 2001-ci ildə Qarahəsənli kəndində anadan olub və bir əsgər kimi müharibənin ilk günündən sonuna qədər döyüşlərdə iştirak edib. Füzulidən Xocavəndə qədər döyüş yolu keçib. Şuşa azad edildikdən bir gün sonra noyabrın 9-da Xocavənd istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarıb. Orxan Babayev noyabrın 11-də Qarahəsənli kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra o, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər