Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və gənclər siyasəti" mövzusunda onlayn tədbir keçirilib

07 may 2021 | 11:00

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Ağstafa rayonunun mədəniyyət, gənclər və təhsil ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Heydər  Əliyev və gənclər siyasəti" mövzusunda onlayn tədbir keçirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Ulu Öndərimizin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti haqda geniş məruzələrlə çıxış ediblər.

Keçidlər