Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənsu kəndində şəhidlərimizin xatirəsinə bulaq-abidə kompleksi ucaldılıb

19 may 2021 | 11:00

Ağstafada şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə daha bir bulaq-abidə kompleksi Həsənsu kəndində ucaldılıb. Kompleksdə general Polad Həşimovla yanaşı, Həsənsu kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidlərimiz İsmayılov Mübariz Məcid oğlu, Məmmədov Şaiq Fərman oğlu, Musayev Yaşar Hümbət oğlu, Xudaverdiyev Arzu Allahverdi oğlu, Hacıyev Faiq Yusif oğlu, Həsənov Arzu Malçı oğlu, İsmayılov Tofiq İbrahim oğlu, Nəsibov Eldar Qasım oğlu, Tovuz döyüşləri şəhidimiz Mustafazadə Elçin Arif oğlu və Vətən müharibəsi şəhidlərimiz Səfərov Əfqan Nadir oğlu, Həsənli Elçin Vaqif oğlunun  xatirə lövhələri həkk olunub. Şəhidlər bulağının istifadəyə verilməsi Ağstafa Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər