Bu il Ağstafada istehsal olunan baramadan yüksək məhsuldarlıq gözlənilir
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq hər il olduğu kimi cari ildə də Ağstafada ənənəvi istehsal sahəsi olan baramaçılığın inkişafı və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə 44 kümçüyə ümumilikdə 80 qutu pulsuz ipək qurdu paylanılıb. Rayonun bütün yaşayış məntəqələri üzrə saxlanılan barama qurdlarının cari vəziyyəti qənaətbəxşdir. Artıq 10-12 gündən sonra yığımına başlanılacaq məhsulun hazırkı şəraitdə üç tondan artıq olacağı gözlənilir ki, bu da yüksək məhsuldarlıq deməkdir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir qrup məsul şəxsləri ilə bilrikdə mütəmadi olaraq barama saxlama məntəqələrinə baş çəkir, orada işçilərin səmərəli fəaliyyətinin davamlığını və tələb olunan aqrotexniki şərtlərə əməl olunmasını diqqətdə saxlayır.