Dağ Kəsəmən kəndində mövcud şəraitlə tanışlıq olub.
23 may 2021 | 11:00
Ağstafanın ikinci ən böyük yaşayış məntəqəsi olan Dağ Kəsəmən kəndində “Yeni məhəllə” adlanan yaşayış massivində sakinləri narahat edən məsələlər yerində araşdırılıb. Sakinlər məhəllənin hər dörd küçəsinin girişində məişət tullantıları üçün zibil qutularının qoyulmasını və ərazidə çıxan yabanı kol-kosların biçilməsi təklflərini irəli sürüblər. Hər iki müraciətin həlli ilə bağı aidiyyəti üzrə yerli Mənzil Kommunal Təsərrüfatı Birliyinin direktoruna yerində tapşırıq verilib. Hazırda ərazidə təmizlik işlərinə başlanılıb və həftənin bazar ertəsi günü qutuların yerləşdirilməsi təmin ediləcəkdir. Vətəndaşların qaldırdıqları digər məsələlər də qeydiyyata alınaraq nəzarətə götürülüb.