Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar elmi-praktiki konfrans keçirildi

19 oktyabr 2013 | 10:00

Heydər Əliyev Mərkəzində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar elmi-praktiki konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova Azərbaycanın Dövlət Müstəqilliyinin tarixi haqqında geniş danışdı. Qeyd olundu ki, müstəqilliyimizin ilk illərində ölkədə vəziyyət dözülməz həddə çatandan sonra 1993-cü ildə Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə gördü və bu münasibətin, bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqının dağılmasının ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim öz xalqının yanında idi. Azərbaycanlılara qarşı təcavüzdən – Qanlı 20 Yanvar faciəsindən dərhal sonra O, öz səsini ucaltmışdır. Üçrəngli bayrağımız 1990-ci ilin noyabr ayında Naxçıvanda rəsmi dövlət bayrağı kimi Heydər Əliyevin təşəbbüsü ilə dalğalanmışdır.
Daha sonra tədbirdə çıxış edənlər Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, tarix müəllimi İndira Səmədova, rayon Təhsil Şöbəsinin məsul işçisi Əli Cəfər oğlu və başqaları Azərbaycan üçün bu şərəfli tarixin əhəmiyyətindən ətraflı danışdılar.
Ümumilikdə konfrans işgüzar şəraitdə keçdi.

Keçidlər