Ağstafada cari tədris ilində fərqlənən təhsil işçiləri və şagirdlər təltif olunublar
2020-2021-ci tədris ilində Ağstafa rayonunun ümumtəhsil məktəblərində fərqlənən müəllim və şagirdlər, o cümlədən 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlər və “Qarabağ aşıq sənəti” musiqi festivalının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman” və hədiyyələri ilə təltif olunublar. Pandemiya dövrünün tələblərinə uyğun olaraq açıq hava şəraitində təşkil olunan tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Rayon Təhsil şöbəsinin məsul şəxsləri iştirak ediblər.
Təhsil alan 6 nəfər şagird- Məhərrəmli Turqay İlqar oğlu (şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, RFQ-nun finalçısı), Abdullazadə Şəhvələd Abdulla oğlu (Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, buraxılış imtahanında ən yüksək 272 bal topladığına görə), Paşayeva Nərmin Vidadi qızı (Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi), Məmmədov Fuad Namiq oğlu (şəhər 2 nömrəli tam orta məktəbin şagirdi “Qarabağın musiqi tarixi- aşıq sənəti” onlayn respublika müsabiqəsinin qalibi), Bayramlı Hüseyn Həsən oğlu (Göycəli kənd tam orta məktəbin 5-ci sinif şagirdi, “Aşıq Ələsgər irsi” onlayn respublika saz müsabiqəsi qalibi), Oruclu Murad Nizami oğlu (şəhər 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi , “Qarabağın musiqi tarixi- aşıq sənəti ” onlayn respublika müsabiqəsinin qalibi), Xılxına kənd tam orta məktəbin direktoru Əmrahov Elçin Ağaverdi oğlu Təhsil İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi, 8 nəfər müəllim- Şıxməmmədova Afaq Hüseyn qızı ( Şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi, RFO-nun finalçısı Turqay Məhərrəmli), Bayramova Sevil İsmayıl qızı (Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi- şagird Şəhvələd Abdullazadə ), Məmmədova Lalə Taryel qızı (Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi- şagird Paşayeva Nərmin ), Cəlilova Şəfəq Xəlil qızı (Yaradullu kənd ümumi orta məktəbin tarix müəllimi, e-twininq layihəsi üzrə koordinator) , Heydərli Şəfəq Nazim qızı (Qıraq Kəsəmən kənd tam orta məktəbin tarix müəllimi, e-twininq layihəsi üzrə koordinator), İsgəndərli Şahnaz Sahib qızı (Qarahəsənli kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi, gənc nəslin təlim-tərbiyə prosesində fəal iştirakına görə) və 44 günlük Vətən Müharibəsində iştirak edən çağırışaqədərki hərbi rəhbərləri- Vəliyev Arif Rafiq oğlu ( Şəhər 3 nömrəli tam orta məktəb), Allahverdiyev Elməddin Rövşən oğlu ( Dağ kəsəmən kənd 2 nömrəli tam orta məktəb), Nəsirov Məmməd Rafael oğlu ( Köçəsgər kənd 2 nömrəli tam orta məktəb), Məmmədov Murtuzəli Vaqif oğlu (Qaçaq kərəm kənd tam orta məktəb), Abbasov Arif Akif oğlu -Şəhər 2 nömrəli tam orta məktəbi, Alıyev Arif Alı oğlu- Pirili kənd tam orta məktəbin fiziki tərbiyə müəllimləri, Qurbanov Azər Musa oğlu- Qıraq Kəsəmən kənd tam orta məktəbin psixoloqu təltif olunublar.
Tədbirdə çıxış edən pedaqoq və şagirdlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xatirə şəkli çəkdirilib.