Ağstafa: görüş səmərəli olanda...
Rayonun Vurğun qəsəbəsində ictimaiyyət nümayəndələri ilə keçirilən görüş qaldırılan problemlərin operativ həlli ilə yadda qaldı
Ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq Ağstafada vətəndaşların müraciətlərinin yerində araşdırılması və həlli məqsədilə icra hakimiyyəti rəhbərliyinin qəbulları davam etdirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində rayon icra hakimiyyətinin başçısı Seymur Orucov Vurğun qəsəbəsində əhalini narahat edən məsələlərin öyrənilməsi məqsədilə ictimaiyyət nümayəndələri ilə görüş keçirib.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, müraciət və təkliflər qeydiyyata alınaraq nəzarətə götürülüb. Maraqlıdır ki, bir sıra məsələlər operativ şəkildə elə yerindəcə həll olunub. Rayon icra hakimiyyətinin başçısı məsul şəxslərə tapşırıqlarını vermiş, bir sıra məsələlərin həllini nəzarətə götürmüşdür.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri