Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Vətən müharibəsi şəhidlərimizin övladlarına hədiyyələr təqdim olunub
27 may 2021 | 11:00
Ağstafada 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ölkəmizin suverenliyi uğrunda canlarından keçən Vətən müharibəsi şəhidlərimizin övladlarına hədiyyələr təqdim olunub. Tədbir Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Gənclərin Həmrəyliyi” ictimai birliyi və “Mənəvi Dəyərlərin Təbliği” fondunun dəstəyi ilə həyata keçirilib.